Четверг, 12.12.2024, 03:48
WWW.THE-BEST-SITE.UCOZ.NET
Меню сайта
    Категории раздела
    Xeberler [25]
    Мини-чат
    Наш опрос
    Menim saytim xosunuza gelir?
    Всего ответов: 318
    Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Форма входа
    Главная » 2009 » Март » 29 » O, her kesin marağına sebeb oldu.
    13:38
    O, her kesin marağına sebeb oldu.
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

    Kevin Riçardson dünyada heç bir qorxu hissinin ve ağrı hissinin nə olduğunu bilmədən vəhşi heyvanlarla kontakta girən ilk insan kimi tanındı. Halkbuki onun maraq göstərdiyi leoparlar, bəbirlər, Qara panetra və şirlər 1 saniyə ərzində onu parçalaya bilərlər. Çəkilişlər zamanı məlum olub ki, dişi şir Riçarda o qədər öyrəşib ki, yeni doğulmuş balasını həmin gün qucağına götürməsinə heç bir reaksiya vermir.

    Ancaq Kevin qeyd edir ki, onun əsas dostları şirlərdir. “Onlar məni qucaqlayır, məni əzizləyir və mən boş vaxtlarımı onlarla keçirməyi çox sevirəm”. Kevin qeyd edir ki, hər bir şirə münasibətim fərqlidir və hər birinin öz adı var ki, ilk dəfədən adlarını çağırmaq kifayət edir.

    32 yaşlı Kevin Riçardson Cənubi Afrikada artıq 10 ildir ki, yaşayır və işləyir. O, qeyd edir: “10 il öncə mən bu qərara gəldim ki, vəhşi təbiətlə ünsiyyətə girim, mən özümdən əmin idim və bilirdim ki, bunun öhdəsindən gələ biləcəm. Heç vaxt vəhşi heyvanlara qarşı qorxu hissim olmayıb, əksinə onlar hirsli olan zaman gözlərinin qırmızı rəngə boyanması mənə inanılmaz zövq verir. Mən onlarla birlikdə çimmək, onlarla bir yerdə torpağın üzərində əyləşib yemək yemək, hətta yatağımda yatmalarından da zövq alıram”.  

    “Vəhşi heyvanlarla ilk təcrübəm mənə dərs oldu: erkək şiri uzaqdan izlərkən gözlənilmədən o hücum etdi, bəlkə mən tərpənsə idim və yaxud qaçmağa çalışsaydım o məni bir neçə hissəyə parçalaya bilərdi. Lakin mənim passiv duruşum və tamamilə hərəkətsiz olmağım sanki heyvanı təəccübləndirdi, bu dəfə o kənara çəkildi və məni izləməyə başladı. Həmin şirin ilk balalarını mən böyütdüm və hal-hazırda mənimlə birgədilər. Qeyd edim ki, mən heç vaxt bu heyvanlara qarşı: sepdən, ağacdan istifadə etməmişəm 1 dəfə olsun belə onları cəzalandırmamışam. Yalnız səbr etmişəm. İntusiyama və şansıma güvənərək həmişə onlarla bir yerdəyəm və həyatımı şirlərsiz təsəvvür edə bilmərəm”.

    Bu görüntülər və bu müsahibə hər kəsin marağına və təəccübünə səbəb oldu. Hal-hazırda Kevin Riçardson evində 38 şir saxlayır.
    Категория: Xeberler | Просмотров: 857 | Добавил: the-best-site | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Имя *:
    Email *:
    Код *:
    Поиск
    Календарь
    «  Март 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024