Atın önünə ot, itin önünə də ət qoy ənənəsini məhv edən bu at ot yemir.
Həmin at İngiltərədədir. Pandora adlı atın sahibi Emily Pearse heyvanın xəstəliyi ilə ilk dəfə onun mədəsinə şişlərin əmələ gəlməsindən sonra xəbərdar olub. Məlum olub ki, atın ota qarşı allergiyası var.
Atın təbii qida maddəsinə olan allerigiyasını eşidənlər çaş baş qalır.
Heyvanın bədənində olan allergiya səbəbi ilə onun quyruğunu və bədənini parça ilə sarıyıblar.
Həmçinin atın ot yeməsinə də səy göstərilir. Ota qarşı olan allergiyası səbəbi ilə atın gözləri bağlanır və bəzi otları gözü bağlı yeyir.
Emily Pearse atın allergiya xəstəsi olmasına baxmayaraq sağlam və güclü olduğunu deyir.