Bitmiş sevgini unutmaq... Bəziləri deyir ki, unutmaq çox asanddır, bəziləri isə əksinə olaraq bildirirlər ki, unutmaq mümkün deyil. Bəziləri isə hər şeyi zamanın öhdəsinə burahmagi üstün tuturlar. Bəs görəsən кeçmiş sevgini unutmaq üçün nə qədər vaxt lazımdı? Bu hec də asand olmayan suala alimlər cavab tapmağı bacarıblar. Müxtəlif sorğu və riyazi hesablamalar əsasında onlar qərara gəliblər ki: ayrıldıqdan sonra qarşı tərəfi unutmaq üçün təxminən həmin insanla bir olduğun müddətin yarısı lazım olacaq. Misal üçün, əgər siz 2 il bir-birinizə vurğun olmusuzsa, sevmisizsə onda unutmaq üçün sizə 1 il lazım olacaq.
*****
Bu günlərdə Böyük Britaniya psixoloqları nəşr etdikləri hesabatda bildiriblər ki, onlar sevgi münasibətlərinin uzunmüddətli olmasının nədən asılı olduğunu müəyyən edə biliblər. Beləliklə, misal üçün, ədəbiyyat və musiqi sahəsindəki zövqlərin eyni olması bu əlaqələrə çox az təsir gücünə malikdir. Amma, əgər kişi və qadının siyasi baxışları eynidirsə, yemək seçimləri, hansı istirahət növünü seçməsi uzlaşırsa və onların təkliyə, tənha qalmağa olan ehtiyacları da eynidirsə, onda 83% bu nigahlar uzunmüddətli olacaq. Bunlarla yanaşı əgər cütlük üçün bir-birini əzizləməyi, oxşamağı xoşlayırsa onda bu sevgi əbədi olacaq.
|